Residiv cinayətlər – residiv latınca təkrar olunan deməkdir.  Residiv cinayət - əvvəllər qəsdən törədilən cinayətə görə məhkum edilən və ya məhkumluğun hüquqi nəticələri aradan qaldırılmadan şəxsin yenidən cinayət törətməsinə deyilir.
Təkrar cinayətlərdən fərqi: Təkrar cinayətlər ehtiyatsızlıqdan da törədilə bilər, həmçinin eyni vaxtda da törədilə bilər. Ancaq residiv cinayətlər ayrı-ayrı vaxtlarda və qəsdən törədilməlidir. Residiv cinayətlərin əlamətləri: 1. əsasında konkret cinayətlər dayanır.  2. residiv cinayətlər müxtəlif vaxtlarda törədilməlidir. 3. Məhkumluğun hüquqi nəticəsi aradan qaldırılmadan və ya məhkum tərəfindən törədilən cinayətlərdir. 18 yaşına çatmayan şəxslərə təyin olunmur. Xarakteri və təhlükəlilik dərəcəsinə görə bu növləri fərqləndirilir: Sadə, Təhlükəli və xüsusilə təhlükəli residiv.    Elmi ədəbiyyatlarda residiv cinayətlər bölünür: a) Ümumi – müxtəlif növdən olan cinayətlərin törədilməsilə yaranan məhkumluqla bağlıdır.  b) Xüsusi – eyni növdən olan cinayətlərin törədilməsilə əlaqədar yaranan məhkumluqla bağlı olur. Aşağıdakı nəticələrə səbəb olur: - məsuliyyəti ağırlaşdıran hallara  - Cəza çəkmə müəssisəsinin növünün seçilməsinə təsir edir.

Yurd İnfocenter /yurd.tk/

Mənbəyə istinad zəruridir. Bütün hüquqlar qorunur.