"Donuz qripi"nə görə Meksikada keçirilməli olan beynəlxalq taekvando turniri ləğv olunub

Turnirdə azərbaycanlı idmançı da iştirak etməli idi
Dünya Taekvano Federasiyasının qərarı ilə may ayının 2-də Meksikanın paytaxtı Mexikoda keçirilməli olan beynəlxalq turnir ləğv edilib. Bu barədə məlumatı ANS PRESS-ə Azərbaycan Taekvando Federasiyasının əməkdaşı Nağı Səfərov verib. Onun sözlərinə görə,"Dünya taekvando turu" adlı beynəlxalq turnirin ləğv olunmasına səbəb bu ölkədə başlayan və tədricən dünya ölkələrinə yayılan "donuz qripi" təhlükəsi ilə bağlı olub. Belə ki, Dünya Taekvando Federasiyası iştirakçı ölkələrini narahatçılığını nəzərə alaraq, bu addımı atıb.
Xatırladaq ki, xüsusi dəvətnamə əsasında keçirilməli olan bu yarışda Azərbaycanı Rəşad Əhmədovun təmsil etməsi nəzərdə tutulmuşdu. /ANS PRESS/