Cəza – Məhkəmə hökmü ilə dövlətin adından cinayət törətməkdə təqsirli olan şəxslər barəsində təyin edilən cinayət hüquqi xarakterli məcburiyyət tədbiridir. Cəza məhkumluq yaradır, dövlət məcburiyyət tədbirlərinin nisbətən sərt formalarındandır. Cəzanın məqsədi: sosial ədaləti bərpa etmək, məhkumu islah etmək, yeni cinayətlər törədilməsinin qarşısını almaq Yenidən tərbiyə etmə Cinayət qanunvericiliyinə əsasən Cəzanın məqsədləri sırasına daxil deyil. Məhkumu islah etmək və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq kimi məqsədi Cəzanın xüsusi xəbərdaredici məqsədi də adlanır. Cəzalar tətbiqi müstəqilliyinə görə bölünür: Əsas və əlavə cəzalar
Subyektlərin dairəsinə görə: Ümumi və xüsusi
Müddətli olub-olmamasına görə: müddətli və müddətsiz
Yurd İnfocenter /yurd.tk/
Məlumatın mənbəyinə istinad zəruridir.